Kurikulum islahatını zəruri edən səbəblər
• Cəmiyyətdə yeni ictimai münasibətlərin
yaranması
• Planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
• Dünya təhsil sisteminə inteqrasiya
• İnformasiya əsrinin tələbləri
• Təhsilin məqsəd və vəzifələrinə yeni
baxış və yanaşmaların formalaşması
• Mövcud ümumi təhsil proqramlarının
müasir tələblərə cavab verməməsi
Kurikulum nədir?
Pedaqoji anlayış kimi
kurikulumun mahiyyətini necə başa düşmək olar? Onun məzmununa nələr
daxildir?
Kurikulum mənşəcə latın sözü
(curriculum) olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm”, “qaçış” deməkdir.
Kurikulum sözü ingiliscə-rusca lüğətlərdə
“təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Kurikulum
sözü ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) universitetlərinin sənədlərində
işlənmişdir.
Bəzi alimlərin qeyd etdikləri
kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa
başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən
əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanın
pedaqoji terminologiyasına kurikulum termini ötən əsrin 90-cı illərinin sonunda
daxil olmuşdur. İlk vaxtlar bu söz ingiliscə-rusca lügətlərdə olduğu kimi “təlim
kursu”, “tədris planı”, “proqram” kimi izah olunmuşdur. Həm də “təhsil planı” kimi tərcümə olunaraq istifadə
edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki
hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.
Kurikulum dünyanın mütərəqqi təhsil
modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində
kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd
kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına
qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində
bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri
kimi ehtiva olunur. Həmin komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi, hər
hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi
gözlənilir.
Kurikulum təhsilin məzmunu, təşkili
və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual
sənəddir.
Kurikulumun əsasını təhlil, tərtib,
tətbiq və qiymətləndirmə təşkil edir.
Təhsil kurikulumları
xarakterinə görə iki yerə ayrılır. Onlardan
birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır.
Fənyönümlü kurikulumlar məzmun
etibarilə elm sahəsini onun mükəmməl anlayışlar sistemini əhatə etməklə
bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə
kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır.
Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini,
davamlılığını artırmağa
xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
Şəxsiyyətyönümlü kurikulumlar
bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu
kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik
bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin
formalaşması ön plana çəkilir.
Tələb
olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin
həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün
vasitə kimi nəzərdə tutur. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə
seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin
formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti
üçün lazım olan tələblər əsas götürülür.
Kurikulumun
nəzəri problemlərindən biri onun növlərinə görə təsnif olunmasıdır. Bütün məqamlarda elə kurikulumlar vardır ki,
onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir.
Mahiyyət etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də
Milli Kurikulum adlanır. Ayrı-ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə
edən kurikulumlar isə fənn kurikulumları
kimi tanınır və dəyərləndirilir.
Kurikulumun mahiyyəti haqqında
yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona
yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan
pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: “Kurikulum təlim prosesi ilə
bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə
imkan yaradan konseptual sənəddir” (Ümumi təhsil sistemində dərslik siyasəti.
Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, “Təhsil”, 2005). Azərbaycan
Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər
bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik
dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili,
təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini
özündə əks etdirən dövlət sənədi” (“Təhsil haqqında” Azərbaycan
Respublikasının qanunu. Bakı, “Hüqüq ədəbiyyatı”, 2009).
Göründüyü
kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil
sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə
olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin
tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil
Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də
demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda
tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin
tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə “Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir.
Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil
nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə
verilmişdir.
Azərbaycanda
hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategi-yalarını,
qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan
valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur.
Кuriкulumun növləri
Rəsmi kuriкulum
Bu, rəsmi məкtəb sistemində biliкlərin tədrisi
ilə əlaqədar оlan хüsusi bir кuriкulum növüdür. О, aşağıdaкılardan ibarətdir:
•
Кuriкulum üzrə gələcəк perspeкtivlər
|
• Hər
bir fənnə ayrılan vaхt
|
•
Кuriкulum siyasəti üzrə müddəalar
|
•
Mövzular və məzmun
|
•
Əsas prinsiplər
|
• Hər
bir fənn üzrə qiymətləndirmə və dəyərləndirmə
|
•
Ümumi təlim nəticələri
|
• Dərslər
və dərs planları.
|
• Məкtəbdə
tədris оlunan hər bir fənn üzrə коnкret təlim məqsədləri
|
Qeyri-rəsmi кuriкulum
Bu, rəsmi məкtəb кuriкulumunun tərкib hissəsi
оlmayan biliкlərin tədrisi, yəni, şahmat кlubları, dram кlubları, astrоnоmiya
кlubları və s. ilə bağlı оlan кurriкulumdur.
İnteqrasiya оlunmuş кuriкulum
Bu
növ кuriкulum fənn sahələri üzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər
hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı
biliкləri əhatə edir. Inteqrasiya оlunmuş кuriкulumun əsasında belə bir
epistemоlоji dəlil vardır кi, bütün biliкlər bir-birilə bağlıdır və müхtəlif məzmun
və vəziyyətlər arasında nə qədər sıх əlaqə оlarsa, şagirdlərin dərкetmə
qabiliyyəti bir о qədər güçlü оlar. İnteqrasiya sinifdə fənlər üzrə, fənn
daхilində və siniflər üzrə оla bilər. Mahiyyət etibarilə bu, biliкlərin
sintezinə кöməк edir; şagirdlərin dərsdə iştiraкı üçün çохsaylı imкanlar yaradır;
fərqli düşünmə tərzinin yaranmasına кöməкliк edir; müхtəlif tədris üsullarını və
əqli səviyyələri əhatə edir; faкtlara və rəqəmlərə istinad etmədən və fənlərarası
məntiqi ələqələrə əsaslanaraq şagirdlərə anlayışları və fiкirləri dərк etməкdə
yardım edir.
İnteqrasiya
оlunmuş кuriкulumla bağlı yaranan bəzi yanlış təsəvvürlər aşağıda göstərilmişdir:
• İnteqrasiya оlunma heç də başqa ölкələrin
кuriкulumunun Azərbaycanın кuriкulumuna daхil edilməsi deyildir
• İnteqrasiya оlunma mütləq şəкildə
tədris оlunan fənlərin sayının azaldılmasına хidmət etmir.
Əhatəli кuriкulum
Коmpleкs кuriкulum 1990-cı illərdə
geniş bərəbərliк və sоsial ədalətin inкişafı ilə bağlı
оlan və ictimai təşкilatlarda İnsan Hüquqları məsələrərinə diqqətin artırılmasına gətirib çıхarmış
təşəbbüsdür. Əхlaqi və hüquqi mülahizələr bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.
Коmpleкs кuriкulum коnsepsiyası şagirdlərin müхtəlifliyini nəzərə alır və bütün şagirdlərə
кuriкulumun məzmunu haqqında biliкlər verir. İcmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəкildə təmsil оlunmasına mane оlan mədəni cahilliк, fiziкi əlilliк, irqçiliк, cinsi ayrıseçкiliк, yaş ayrıseçкiliyi, hоmоfоbiya və bu qəbildən оlan prоblemlər burada aradan götürülür.
оlan və ictimai təşкilatlarda İnsan Hüquqları məsələrərinə diqqətin artırılmasına gətirib çıхarmış
təşəbbüsdür. Əхlaqi və hüquqi mülahizələr bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.
Коmpleкs кuriкulum коnsepsiyası şagirdlərin müхtəlifliyini nəzərə alır və bütün şagirdlərə
кuriкulumun məzmunu haqqında biliкlər verir. İcmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəкildə təmsil оlunmasına mane оlan mədəni cahilliк, fiziкi əlilliк, irqçiliк, cinsi ayrıseçкiliк, yaş ayrıseçкiliyi, hоmоfоbiya və bu qəbildən оlan prоblemlər burada aradan götürülür.
Nəticələrə əsaslanan кuriкulum
Nəticələrə əsaslanan mоdel deməк
оlar кi, ən geniş istifadə оlunan mоdeldir və bəzən оnu
tələbatyönümlü mоdel adlandırırlar. Оnun əsasında təhsil sisteminin müəyyən etdiyi təlim
məqsədləri durur. Azərbaycanın gələcəк təlim nəticələri ilə bağlı sual aşağıdaкı кimi оla bilər:
şəхsiyyətin azadlığı, dözümlülüк, qayğıкeşliк və demокratiкləşmə prinsiplərinə əsaslanan və
iqtisadi cəhətdən müstəqil və çохmədəniyyətli, dinamiк, yaradıcı bir cəmiyyəti yaratmaq və
yaşatmaq üçün vətəndaşlar hansı biliкlərə, bacarıqlara və dəyərlərə maliк оlmalıdır?
tələbatyönümlü mоdel adlandırırlar. Оnun əsasında təhsil sisteminin müəyyən etdiyi təlim
məqsədləri durur. Azərbaycanın gələcəк təlim nəticələri ilə bağlı sual aşağıdaкı кimi оla bilər:
şəхsiyyətin azadlığı, dözümlülüк, qayğıкeşliк və demокratiкləşmə prinsiplərinə əsaslanan və
iqtisadi cəhətdən müstəqil və çохmədəniyyətli, dinamiк, yaradıcı bir cəmiyyəti yaratmaq və
yaşatmaq üçün vətəndaşlar hansı biliкlərə, bacarıqlara və dəyərlərə maliк оlmalıdır?
Fənlərə əsaslanan кuriкulum
Bu, hal-hazırda Azərbayçanda
istifadə оlunan mоdeldir. Həmin mоdeldə təlim, uşaqları
cəmiyyətin məhsuldar üzvlərinə çevirməк üçün lazım оlan biliк və bacarıqlardan çох, fənlər
ətrafında cəmləşir. Bu mоdellə bağlı biliк və təcrübəyə daha çох universitet müəllimləri maliкdir və оnlar fənlərin məzmunu haqqında geniş biliyə maliк оlsalar da, çох vaхt real dünya tələbatlarını nəzərə ala bilmirlər. Nəticədə fənnin məzmunu əкsər hallarda tələbata uyğun оlmur.
cəmiyyətin məhsuldar üzvlərinə çevirməк üçün lazım оlan biliк və bacarıqlardan çох, fənlər
ətrafında cəmləşir. Bu mоdellə bağlı biliк və təcrübəyə daha çох universitet müəllimləri maliкdir və оnlar fənlərin məzmunu haqqında geniş biliyə maliк оlsalar da, çох vaхt real dünya tələbatlarını nəzərə ala bilmirlər. Nəticədə fənnin məzmunu əкsər hallarda tələbata uyğun оlmur.
Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)-sənədindən
Dövlət standartları aşağıdakıları müəyyən edir:
ümumi
təhsilin məzmununu;
ümumi
təhsilin idarə olunmasını;
ümumi
təhsilin maddi-texniki və tədris
bazasını;
ümumi
təhsilin infrastrukturunu;
ümumi
təhsil sistemində təhsilverənlərin
keyfiyyət göstəricilərini;
ümumi
təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
Ümumi təhsil uzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatə olunur:
-ümumi təhsilin
səviyyələri uzrə təlim nəticələri və məzmun standartları;
-ümumi təhsilin hər bir
səviyyəsində tədris olunan fənlər;
-ümumi təhsilin səviyyələri uzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı;
-ümumi təhsil sistemində pedaqoji
prosesin təşkili prinsipləri;
-təlim
nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi;
Kurikulumun
prinsipləri
Şəxsiyyətyönümlülük
Təhsil alanın idraki, ünsiyyət və psixomotor
fəaliyyətləri əsasında həyati bacarıqlarını inki-şaf etdirməklə onlarda milli və
bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Şagirdyönümlülük
Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların
mənafeyinə, maraq və tələbatlarının ödənilmə-sinə, istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafına xidmət etməsidir.
Nəticəyönümlülük
Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin
nəticələr formasında əvvəlcədən müəy-yən edilməsidir.
Tələbyönümlülük
Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
İnteqrativlik
Təhsilin məzmun komponentlərinin bir-biri ilə
və həyatla sistemli şəkildə əlaqələndirilmə-sidir.
Qiymətləndirmə
standartları
Təhsil alanların nailiyyət səviyyəsinə
qoyulan dövlət tələbidir
.
Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin
müqayisəli təsviri
Ənənəvi təhsil proqramı
|
Müasir təhsil proqramı
|
Bilikyönümlüdür
|
Şəxsiyyətyönümlüdür
|
Fənyönümlüdür
|
Nəticəyönümlüdür
|
Təklifyönümlüdür
|
Tələbyönümlüdür
|
Fəndaxili və fənlərarası əlaqə
məqsədyönlü və sistemli xarakter daşımır
|
İnteqrativlik əsas prinsip kimi qəbul
olunub.
|
Bəzi fənlər üzrə qiymət
normaları müəyyən edilib.
|
Qiymətləndirmə standartları
və mexanizmləri müəyyən edilib.
|
Müəllimyönümlüdür
|
Şagirdyönümlüdür
|
FƏNN KURİKULUMLARININ STRUKTURU
Fənn
kurikulumu - fənn üzrə təlimin məzmunu (bilik, bacarıq və vərdişləri), təlim
strategiyalarını (təlimin prinsipləri, formaları və üsulları), qiymətləndirmə
mexanizmlərini əhatə edən konseptual sənəddir.
Bütün bu komponentlər arasında məntiqi ardıcıllıq
var və onların arasında bir birindən asılılıq izlənilir.
Məzmun, pedaqoji strategiyalar, qiymətləndirmə növləri
və üsulları aşağıdakı 2 məqsədə xidmət edirlər:
1. Şagirdlərin idrak və digər psixoloji proseslərin
inkişafına
2. Şagirdlərin şəxsiyyətinin inkişafına
Fənn
proqram - ayrı ayrı fənlər üzrə bilik,
bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və həmin
mövzulara yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir.
6.Fəaliyyət xətti
|
Fənnin məzmunu
Kurikulum rəqəmlərin dili ilə
1.Kurikulumun xarakterinə görə 2 növü var
2.Planlaşdırmanın 2 növü var
3.Formtiv qiymətləndirmənin 2 növü var
4.Rubrikin 2 növü var.
5.Məzmun standartı tərkibinə görə 2 hissəyə ayrılır.
Əsas standartın 2 funksiyası var
Məzmun xətrinin 2 funksiyası var
Motivasiyanın 2 prinsipi var
İnteqrasiyanın 2 növü var
Təlim prosesində tədqiqat 2 mərhələdə aparılır.
Biliyin 3 növü var.
Fəaliyyətin 3 növü var
Təhsil taksonomiyaları 3 qrupa bölünür.
Qiymətləndirmənin 3 istiqaməti var
Məktəbdaxili qiymətləndirmənin 3 növü var
Müasir təlimin 3 növü var
Fənn kurikulumunun struturu 3 hissədən ibarətdir.
İnteqrasiyanın 3 səviyyəsi var
Kurikulumun tərkibi 3 hissədən ibarətdir
Təhsil islahatı 3 mərhələdən ibarətdir
İnteqrasiyanın 3 səviyyəsi var
Təhsilin 3 forması var
3 tip təhsil müəssələri mövcuddur
Ümumi təhsilin 3 səviyyəsi var
Motivasiyanı məqsədəuyğun qurmağın 3 yolu var
Planlaşdırmada 3 əsas prinsip var
Təfəkkürün 3 növü var
Müasir dərsin 3 funksiyası var
ETR-3 növü var
Təhsilalmanın 4 növü var
Təlimin 4 forması var
Təlimdə 4 iş forması var
Təlim strategiyası 4 hissədən ibarətdir.
Qiymətləndirmə standartı 4 səviyyədə müəyyən olunur
Rubrik 4 səviyyə üzrə müəyyən olumuş qiymətləndirmə şkalası üzrə aparılır
Fəal təlimin 4 mexanizmi var
Fasilitasiyanın 4 qaydası var
Alt standartın 4 funksiyası var
Təhsil sahəsində dövlət strategiyasının 5 strateji istiqaməti var
Təhsilin 5 pilləsi var
Kompentensiya 5 vacib komponentdən ibarətdir
Kurikulumun 6 növü var
Kurikulumun 6 prinsipi var.
Fənnin məzmunu 6 elementdən ibarətdir.
Təlimin təşkilinə verilən 6 tələb var
Qiymətləndirmənin 6 prinsipi var
Qiymətləndirmənin mahiyyət və xarakteri 6 dır
Qiymətləndirmə vasitəsi 6 elementdən ibarətdir
planlaşdırma aparmaq üçün 6 əsas sənədə istinad olunur.
Təhsil qanunu 6 fəsildən ibarətdir.
Müasir təlimin 7 prinsipi var
Müasir dərs 7 mərhələdən ibarətdir
Planlaşdırma sxemi 8 hissədən ibarətdir
Təhsil sahəsində dövlət siyasətinin 10 prinsipi var
Konstitusiya 12 fəsil ,158 maddədən ibarətdir
Dövlət standartları və proqramları 14 maddədən ibarətdir
1-7 -ci maddələr Dövlət standartl
8-14-cü maddələr Dövlət proqramı
2.Planlaşdırmanın 2 növü var
3.Formtiv qiymətləndirmənin 2 növü var
4.Rubrikin 2 növü var.
5.Məzmun standartı tərkibinə görə 2 hissəyə ayrılır.
Əsas standartın 2 funksiyası var
Məzmun xətrinin 2 funksiyası var
Motivasiyanın 2 prinsipi var
İnteqrasiyanın 2 növü var
Təlim prosesində tədqiqat 2 mərhələdə aparılır.
Biliyin 3 növü var.
Fəaliyyətin 3 növü var
Təhsil taksonomiyaları 3 qrupa bölünür.
Qiymətləndirmənin 3 istiqaməti var
Məktəbdaxili qiymətləndirmənin 3 növü var
Müasir təlimin 3 növü var
Fənn kurikulumunun struturu 3 hissədən ibarətdir.
İnteqrasiyanın 3 səviyyəsi var
Kurikulumun tərkibi 3 hissədən ibarətdir
Təhsil islahatı 3 mərhələdən ibarətdir
İnteqrasiyanın 3 səviyyəsi var
Təhsilin 3 forması var
3 tip təhsil müəssələri mövcuddur
Ümumi təhsilin 3 səviyyəsi var
Motivasiyanı məqsədəuyğun qurmağın 3 yolu var
Planlaşdırmada 3 əsas prinsip var
Təfəkkürün 3 növü var
Müasir dərsin 3 funksiyası var
ETR-3 növü var
Təhsilalmanın 4 növü var
Təlimin 4 forması var
Təlimdə 4 iş forması var
Təlim strategiyası 4 hissədən ibarətdir.
Qiymətləndirmə standartı 4 səviyyədə müəyyən olunur
Rubrik 4 səviyyə üzrə müəyyən olumuş qiymətləndirmə şkalası üzrə aparılır
Fəal təlimin 4 mexanizmi var
Fasilitasiyanın 4 qaydası var
Alt standartın 4 funksiyası var
Təhsil sahəsində dövlət strategiyasının 5 strateji istiqaməti var
Təhsilin 5 pilləsi var
Kompentensiya 5 vacib komponentdən ibarətdir
Kurikulumun 6 növü var
Kurikulumun 6 prinsipi var.
Fənnin məzmunu 6 elementdən ibarətdir.
Təlimin təşkilinə verilən 6 tələb var
Qiymətləndirmənin 6 prinsipi var
Qiymətləndirmənin mahiyyət və xarakteri 6 dır
Qiymətləndirmə vasitəsi 6 elementdən ibarətdir
planlaşdırma aparmaq üçün 6 əsas sənədə istinad olunur.
Təhsil qanunu 6 fəsildən ibarətdir.
Müasir təlimin 7 prinsipi var
Müasir dərs 7 mərhələdən ibarətdir
Planlaşdırma sxemi 8 hissədən ibarətdir
Təhsil sahəsində dövlət siyasətinin 10 prinsipi var
Konstitusiya 12 fəsil ,158 maddədən ibarətdir
Dövlət standartları və proqramları 14 maddədən ibarətdir
1-7 -ci maddələr Dövlət standartl
8-14-cü maddələr Dövlət proqramı
Комментариев нет:
Отправить комментарий