Kurikulum

Kurikulum islahatını zəruri edən səbəblər

Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
Dünya təhsil sisteminə inteqrasiya
İnformasiya əsrinin tələbləri
Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması
Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi

Kurikulum nədir?

Pedaqoji anlayış kimi kurikulumun mahiyyətini necə başa düşmək olar? Onun məzmununa nələr daxildir? 
Kurikulum mənşəcə latın sözü (curriculum) olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm”, “qaçış” deməkdir. Kurikulum sözü ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Kurikulum sözü ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) universitetlərinin sənədlərində işlənmişdir.
Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanın pedaqoji terminologiyasına kurikulum termini ötən əsrin 90-cı illərinin sonunda daxil olmuşdur. İlk vaxtlar bu söz ingiliscə-rusca lügətlərdə olduğu kimi “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunmuşdur. Həm də  “təhsil planı” kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir.
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Kurikulumun əsasını təhlil, tərtib, tətbiq və qiymətləndirmə təşkil edir.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır.
Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa
xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir.
Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutur. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.
Kurikulumun nəzəri problemlərindən biri onun növlərinə görə təsnif olunmasıdır.  Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Mahiyyət etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də Milli Kurikulum adlanır. Ayrı-ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları kimi tanınır və dəyərləndirilir.
Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: “Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir” (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, “Təhsil”, 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi” (“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, “Hüqüq ədəbiyyatı”, 2009).
            Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin  fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. 
            Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategi-yalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur.
           






                                                                Кuriкulumun növləri
Rəsmi kuriкulum
Bu, rəsmi məкtəb sistemində biliкlərin tədrisi ilə əlaqədar оlan хüsusi bir кuriкulum növüdür. О, aşağıdaкılardan ibarətdir:
• Кuriкulum üzrə gələcəк perspeкtivlər
• Hər bir fənnə ayrılan vaхt
• Кuriкulum siyasəti üzrə müddəalar
• Mövzular və məzmun
• Əsas prinsiplər
• Hər bir fənn üzrə qiymətləndirmə və  dəyərləndirmə
• Ümumi təlim nəticələri
• Dərslər və dərs planları.
• Məкtəbdə tədris оlunan hər bir fənn üzrə коnкret təlim məqsədləri

Qeyri-rəsmi кuriкulum
Bu, rəsmi məкtəb кuriкulumunun tərкib hissəsi оlmayan biliкlərin tədrisi, yəni, şahmat кlubları, dram кlubları, astrоnоmiya кlubları və s. ilə bağlı оlan кurriкulumdur.
İnteqrasiya оlunmuş кuriкulum
Bu növ кuriкulum fənn sahələri üzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir. Inteqrasiya оlunmuş кuriкulumun əsasında belə bir epistemоlоji dəlil vardır кi, bütün biliкlər bir-birilə bağlıdır və müхtəlif məzmun və vəziyyətlər arasında nə qədər sıх əlaqə оlarsa, şagirdlərin dərкetmə qabiliyyəti bir о qədər güçlü оlar. İnteqrasiya sinifdə fənlər üzrə, fənn daхilində və siniflər üzrə оla bilər. Mahiyyət etibarilə bu, biliкlərin sintezinə кöməк edir; şagirdlərin dərsdə iştiraкı üçün çохsaylı imкanlar yaradır; fərqli düşünmə tərzinin yaranmasına кöməкliк edir; müхtəlif tədris üsullarını və əqli səviyyələri əhatə edir; faкtlara və rəqəmlərə istinad etmədən və fənlərarası məntiqi ələqələrə əsaslanaraq şagirdlərə anlayışları və fiкirləri dərк etməкdə yardım edir.
İnteqrasiya оlunmuş кuriкulumla bağlı yaranan bəzi yanlış təsəvvürlər aşağıda göstərilmişdir:
• İnteqrasiya оlunma heç də başqa ölкələrin кuriкulumunun Azərbaycanın кuriкulumuna daхil edilməsi deyildir
• İnteqrasiya оlunma mütləq şəкildə tədris оlunan fənlərin sayının azaldılmasına хidmət etmir.
Əhatəli кuriкulum
Коmpleкs кuriкulum 1990-cı illərdə geniş bərəbərliк və sоsial ədalətin inкişafı ilə bağlı
оlan və ictimai təşкilatlarda İnsan Hüquqları məsələrərinə diqqətin artırılmasına gətirib çıхarmış
təşəbbüsdür. Əхlaqi və hüquqi mülahizələr bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.
Коmpleкs кuriкulum коnsepsiyası şagirdlərin müхtəlifliyini nəzərə alır və bütün şagirdlərə
кuriкulumun məzmunu haqqında biliкlər verir. İcmalar arasında fərqlər yaradan və bəzi adamlara bərabər münasibətin göstərilməsinə və ədalətli şəкildə təmsil оlunmasına mane оlan mədəni cahilliк, fiziкi əlilliк, irqçiliк, cinsi ayrıseçкiliк, yaş ayrıseçкiliyi, hоmоfоbiya və bu qəbildən оlan prоblemlər burada aradan götürülür.
Nəticələrə əsaslanan кuriкulum
Nəticələrə əsaslanan mоdel deməк оlar кi, ən geniş istifadə оlunan mоdeldir və bəzən оnu
tələbatyönümlü mоdel adlandırırlar. Оnun əsasında təhsil sisteminin müəyyən etdiyi təlim
məqsədləri durur. Azərbaycanın gələcəк təlim nəticələri ilə bağlı sual aşağıdaкı кimi оla bilər:
şəхsiyyətin azadlığı, dözümlülüк, qayğıкeşliк və demокratiкləşmə prinsiplərinə əsaslanan və
iqtisadi cəhətdən müstəqil və çохmədəniyyətli, dinamiк, yaradıcı bir cəmiyyəti yaratmaq və
yaşatmaq üçün vətəndaşlar hansı biliкlərə, bacarıqlara və dəyərlərə maliк оlmalıdır?
Fənlərə əsaslanan кuriкulum
Bu, hal-hazırda Azərbayçanda istifadə оlunan mоdeldir. Həmin mоdeldə təlim, uşaqları
cəmiyyətin məhsuldar üzvlərinə çevirməк üçün lazım оlan biliк və bacarıqlardan çох, fənlər
ətrafında cəmləşir. Bu mоdellə bağlı biliк və təcrübəyə daha çох universitet müəllimləri maliкdir və оnlar fənlərin məzmunu haqqında geniş biliyə maliк оlsalar da, çох vaхt real dünya tələbatlarını nəzərə ala bilmirlər. Nəticədə fənnin məzmunu əкsər hallarda tələbata uyğun оlmur.
Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)-sənədindən

Dövlət standartları aşağıdakıları müəyyən edir:
ümumi təhsilin məzmununu;
ümumi təhsilin idarə olunmasını;
ümumi təhsilin maddi-texniki və tədris bazasını;
ümumi təhsilin infrastrukturunu;
ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

Ümumi təhsil uzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatə olunur:
-ümumi təhsilin səviyyələri uzrə təlim nəticələri və məzmun standartları;
mumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
mumi təhsilin səviyyələri uzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı;
mumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
-təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi;

Kurikulumun prinsipləri

Şəxsiyyətyönümlülük

Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inki-şaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

Şagirdyönümlülük

Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilmə-sinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.

Nəticəyönümlülük

Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəy-yən edilməsidir.
Tələbyönümlülük

Fərdin, cəmiyyətin və dövlətin  dəyişən ehtiyac və  tələbatlarının nəzərə alınmasıdır.

İnteqrativlik

Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilmə-sidir.
Qiymətləndirmə standartları

Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir
.






          Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri

          Ənənəvi təhsil proqramı
              Müasir təhsil proqramı
Bilikyönümlüdür
Şəxsiyyətyönümlüdür
Fənyönümlüdür
Nəticəyönümlüdür
Təklifyönümlüdür
Tələbyönümlüdür
Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır
İnteqrativlik əsas prinsip kimi qəbul olunub.
Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib.
Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
Müəllimyönümlüdür
Şagirdyönümlüdür





FƏNN  KURİKULUMLARININ  STRUKTURU

Fənn kurikulumu - fənn üzrə təlimin məzmunu (bilik, bacarıq və vərdişləri), təlim strategiyalarını (təlimin prinsipləri, formaları və üsulları), qiymətləndirmə mexanizmlərini əhatə edən konseptual sənəddir.
Bütün bu komponentlər arasında məntiqi ardıcıllıq var və onların arasında bir birindən asılılıq izlənilir.
Məzmun, pedaqoji strategiyalar, qiymətləndirmə növləri və üsulları aşağıdakı 2 məqsədə xidmət edirlər:
1. Şagirdlərin idrak və digər psixoloji proseslərin inkişafına
2. Şagirdlərin şəxsiyyətinin inkişafına

Fənn proqram - ayrı ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və həmin mövzulara yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir.

6.Fəaliyyət xətti

 Fənnin məzmunu


                                                               Kurikulum rəqəmlərin dili ilə

1.Kurikulumun xarakterinə görə 2 növü var
2.Planlaşdırmanın 2 növü var
3.Formtiv qiymətləndirmənin 2 növü var
4.Rubrikin 2 növü var.
5.Məzmun standartı tərkibinə görə 2 hissəyə ayrılır.
Əsas standartın 2 funksiyası var
Məzmun xətrinin 2 funksiyası var
Motivasiyanın 2 prinsipi var
İnteqrasiyanın 2 növü var
Təlim prosesində tədqiqat 2 mərhələdə aparılır.
Biliyin 3 növü var.
Fəaliyyətin 3 növü var
Təhsil taksonomiyaları 3 qrupa bölünür.
Qiymətləndirmənin 3 istiqaməti var
Məktəbdaxili qiymətləndirmənin 3 növü var
Müasir təlimin 3 növü var
Fənn kurikulumunun struturu 3 hissədən ibarətdir.
İnteqrasiyanın 3 səviyyəsi var
Kurikulumun tərkibi 3 hissədən ibarətdir
Təhsil islahatı 3 mərhələdən ibarətdir
İnteqrasiyanın 3 səviyyəsi var
Təhsilin 3 forması var
3 tip təhsil müəssələri mövcuddur
Ümumi təhsilin 3 səviyyəsi var
Motivasiyanı məqsədəuyğun qurmağın 3 yolu var
Planlaşdırmada 3 əsas prinsip var
Təfəkkürün 3 növü var
Müasir dərsin 3 funksiyası var
ETR-3 növü var
Təhsilalmanın 4 növü var
Təlimin 4 forması var
Təlimdə 4 iş forması var
Təlim strategiyası 4 hissədən ibarətdir.
Qiymətləndirmə standartı 4 səviyyədə müəyyən olunur
Rubrik 4 səviyyə üzrə müəyyən olumuş qiymətləndirmə şkalası üzrə aparılır
Fəal təlimin 4 mexanizmi var
Fasilitasiyanın 4 qaydası var
Alt standartın 4 funksiyası var
Təhsil sahəsində dövlət strategiyasının 5 strateji istiqaməti var
Təhsilin 5 pilləsi var
Kompentensiya 5 vacib komponentdən ibarətdir
Kurikulumun 6 növü var
Kurikulumun 6 prinsipi var.
Fənnin məzmunu 6 elementdən ibarətdir.
Təlimin təşkilinə verilən 6 tələb var
Qiymətləndirmənin 6 prinsipi var
Qiymətləndirmənin mahiyyət və xarakteri 6 dır
Qiymətləndirmə vasitəsi 6 elementdən ibarətdir
planlaşdırma aparmaq üçün 6 əsas sənədə istinad olunur.
Təhsil qanunu 6 fəsildən ibarətdir.
Müasir təlimin 7 prinsipi var
Müasir dərs 7 mərhələdən ibarətdir
Planlaşdırma sxemi 8 hissədən ibarətdir
Təhsil sahəsində dövlət siyasətinin 10 prinsipi var
Konstitusiya 12 fəsil ,158 maddədən ibarətdir
Dövlət standartları və proqramları 14 maddədən ibarətdir
1-7 -ci maddələr Dövlət standartl
8-14-cü maddələr Dövlət proqramı

Комментариев нет:

Отправить комментарий