Zoologiya

Zoologiya (yun. ζῷονzoon, "heyvan" + yun. λόγος, "loqos", "bilgi") Heyvanlar aləmindən bəhs edən elm. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu və həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır.
  • Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — оrqanizmlər toplusu, bioloji məkan, zооlogiya elminin tədqiq obyekti.
    Ənənəvi olaraq heyvanlar kоnsument (hazır üzvi birləşləmələrlə qidalalanlar) və daima hərəkət edənlər hesab edilirlər. Ancaq elmə passiv həyat keçirən heyvanlar da məlumdur.
  • Heyvanlar aləminin müxtəlifliyi

    Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Alimlərin son hesablamalarına görə Yer planetində yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvan növlərini əmələ gətirən fərdlər istər böyük-kiçikliyinə, istərsə də kütlə etibarı ilə çox müxtəlifdir. Məsələn, məməli heyvanlardan olan göy balinanın kütləsi 150 ton, kiçik qonurdişin kütləsi isə 3 qramdır. Həmçinin balıqlarsuda-quruda yaşayanlarsürünənlərquşlarqurdlarcücülər və digər heyvanlar arasında nəhənglər və cırtdanlar vardır.
    Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün filitısbağanı, akulanı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir. Ona görə də heyvanın xarici quruluşuna gorə onun hansı mühitdə yaşamasını, necə hərəkət etməsini və qidasını necə tapmasını müəyyən etmək mümkündür.
    Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon – heyvan, loqos – elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanları quruluşunun sadə və mürəkkəbliyinə, mənşəyinə görə müxtəlif sistematik qruplara ayırmışlar. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə sinfə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər də növlərə ayrılır. Məsələn, məməlilər sinfinin yırtıcılır dəstəsinə itlər, pişiklər və ayılar fəsilələri daxildir. Heyvanların təbii təsnifatı ilə heyvanların sistematikası məşğul olur. Bu elm heyvanlar aləminin təkamülünü əks etdirir. Heyvanların morfologiya və fiziologiyasını sadədən mürəkkəbə doğru (ibtidaidən aliyə doğru) öyrəndikcə, təbiətdə gedən təkamül prosesinin reallığını dərk etmək olar. Zoologiya heyvanlar aləminin qorunmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsasını təşkil edir.
  • Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti

    Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri özü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.
    Heyvanlar ümumi canlılar aləminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
    Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.
    Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar də az deyildir. Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.
    Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq üçün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.
  • Heyvanların və bitkilərin oxşarlığı və fərqi

    Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar, həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, çoxalır, böyüyür və inkişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayır. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcuddur və heyvanlar hərəkət edir. Göstərilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai quruluşa malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir.
    Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayıb, onlarn bir əcdaddan inkişaf etdiklərini göstərir.

Комментариев нет:

Отправить комментарий